...

QKDK Bank Standard-ın istiqrazlarının emissiya prospektini qeydə alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2007 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova / Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Bank Standard" KB-nin faizli sənədsiz adlı istiqrazlarının emissiya prospektini qeydə alıb. Bu barədə Bakı Fond Birjasından məlumat verilib. Emissiyanın həcmi 2 mln. AZN, bir istiqrazın nominal dəyəri 100 AZN, istiqrazlar üzrə illik faiz dərəcəsi 14%, dövriyyə müddəti isə 365 gündür.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə həyata keçiriləcək. İstiqrazların yerləşdirilməsində anderrayter vəzifəsində "Standard Kapital" MMC çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti