Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Yanvar-fevral aylarında Azərbaycanın 102 ölkə ilə apardığı ticarət əməliyyatlarının həcmi 1329640,7 min dollar təşkil edib. Bu barədə məlumat Azərbaycanın Dövlət Gömrük Komitəsindən (DGK) verilib.
Bu dövr ərzində 550402 min dollar dəyərində 914 növ mal ixrac olunub, 779238,7 min manat dəyərində 1974 növ mal isə idxal olunub. İxrac-idxal əməliyyatlarında 228836,7 min manat məbləğində mənfi saldo müşahidə olunub.
İxrac əməliyyatlarının həcmi 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 10,7 (53221,9 min dollar) faiz, idxal əməliyyatları isə 44,2 faiz (238845,6 min dollar) artıb. Müvəqqəti ixrac rejimində 30267,6 min dollar dəyərində mal ixrac olunub, idxal rejimində isə 29997 min dollar dəyərində mal idxal olunub.