Azərbaycan,Bakı/müxbir Trend /Azərbaycanın Əhalinin Sosial Müdafiəsi Fondu birinci rübün yekunlarını elan edib. Bu barədə Fondun məlumatında bildirilib.
Fondun gəlirləri 261,51 mln. manat təşkil edib, icbari sosial sığortadan əldə edilən gəlirlərin payna 133,8 mln. manat düşüb. 2006-cı ilin analoji dövründə bu göstərici 86,76 mln. manat təşkil edib. Büdcə təşkilatlarından - 52,66 mln. manat (28,86 mln. manat), qeyri-büdcə təşkilatlarından - 81,23 mln. manat (57,9 mln. mnat), dövlət büdcəsindən ayrılmalar 89,14 mln. manat təşkil edib (35 mln. manat).
Fondun birinci rübb ərzində xərcləri 229,56 mln. manat təşkil edib. 2006-cı ilin birinci rübündə bu göstərici 113,23 mln. manat təşkil edib.
Əhaliyə ödənişlərə 222,26 mln. manat (107,26 mln. manat), əmək pensiyalarının təmin olunması xərclərinə 211,1 mln. manat (102,5 mln. manat), dövlət qulluqçularının təqaüdlərinə 6,59 mln. manat (2,88 mln. manat), digər xərclərə 7,3 mln. manat (5,98 mln manat), icbari sığorta xərclərinə 4,56 mln. manat (1,89 mln. manat) düşüb.
2006-cı ildən 2007-ci ilin əvvəlinə qədər qalıq 38,067 mln. manat təşkil edib.