...

Nazir müavini: Azərbaycan ÜTT-yə daxil olarkən iqtisadi inkişafa ziyan gətirmək istəmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2007 13:51 (UTC +04:00)
Nazir müavini: Azərbaycan ÜTT-yə daxil olarkən iqtisadi inkişafa ziyan gətirmək istəmir

Qazaxıstan,Astana/müxbir Trend K.Konırova/Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olarkən Azərbaycan ölkədə rəqabət qabiliyyətini pozmayaraq əlverişli şəraitə nail olmaq istəyir. Bu barədə çərşəndə günü Astanada Azərbaycan xarici işlər nazirinin müavini, ölkənin ÜTT-yə qəbulu üzrə danışıqlar qrupunun rəhbəri Mahmud Məmmədquliyev bəyan edib.

"Biz ÜTT-yə daxil olakən iqtisadi inkişafa ziyan gətirmək istəmirik", - deyə Məmmədquliyev bildirib. Onun sözlərinə görə, Azərbaycanın ÜTT-yə daxil olması ilə bağlı bir sıra ölkələrlə danışıqlar artıq başa çatıb.

"Bəzi ölkələr bizim təkliflərlə razılaşıb. Lakin hələ çox iş qalıb. İyunda Cenevrədə bir sıra görüşlər nəzərdə tutulur",- deyə o bildirib.

"Qarşıda bizi bir çox ölkələrlə danışıqlar gözləyir. Bu yaxınlarda Cənubi Koreya bu məsələ ilə bağlı məsləhətləşmə aparmaq təşəbbüsü ilə çıxış edib", - deyə o qeyd edib.

ÜTT 1995-ci ildən etibarən mövcuddur, təşkilata 148 ölkə, həmçinin 1997-ci ildən Azərbaycanın da daxil olduğu 30 müşahidəçi ölkə daxildir.

Xəbər lenti

Xəbər lenti