...

Ekspert: Azərbaycan iqtisadiyyatının nüfuzu artdıqca əmək miqrantlarının dalğası artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2007 16:17 (UTC +04:00)
Ekspert: Azərbaycan iqtisadiyyatının nüfuzu artdıqca əmək miqrantlarının dalğası artacaq

Azərbaycan,Bakı/ Trend /Hazırda Azərbaycanda təxminən 20 min əmək miqrantı olsa da, qeydiyyatdan yalnız 24,5 faizi keçib. Bazar ertəsi Trend ın eksperti Leyla Abdullayevanın bildirdiyinə görə, hazırda Azərbaycana gələn miqrantların sayının artması tendensiyası müşahidə edilir.

Miqrasiya xidmətinin rəsmi məlumatına əsasən, 2006-cı ilin birinci rübündə Azərbaycanda 7940 xarici vətəndaş qeydiyyatdan keçib. 2007-ci ilin birinci rübündə isə onların sayı artıq 9430 nəfər təşkil edib. Dünyada Azərbaycan iqtisadiyyatının nüfuzu artdıqca xaricdən olan əmək miqrantlarının dalğası artacaq.

"Miqrasiya kompleks proses olaraq müasir Azərbaycanın sosial-iqtisadi həyatının bir çox tərəflərinə həm müsbət, həm də mənfi təsir göstərir", deyə Abdullayeva bildirib.

Miqrasiyanı prinsipcə dünyada baş verən və baş verəcək müsbət hadisə kimi nəzərdən keçirmək lazımdır.

"Xaricilər özləri ilə birgə ölkəyə yeni investisiya və yeni texnologiyalar gətirir", deyə ekspert bildirib.

Onun sözlərinə görə, digər tərəfdən, bu gün Azərbaycanda baş verən miqrasiya prosesləri yerli əhali üçün ciddi problemlər yaradır.

"İlk növbədə bu, işsizlik təhlükəsidir, çünki miqrantlar yerlilərin işini qismən əlindən alır və yerli əhalinin əməyini qiymətdən salır", deyə Abdullayeva bildirib.

İmmiqrantların sayının həddindən artıq çox olduğu yerlərdə əhalinin sosial vəziyyətinin pisləşməsi, mənzil və qida məhsullarına olan qiymətlərin artımı qeyd olunur, səhiyyə və sosial müdafiə xidmətlərinin təminatı bu institutların üzərinə düşən yüklənmələrlə bağlı problemlər yaranır.

Qeyri-leqal xarici miqrantlar rəsmi qeydiyyata alınmış iş yerlərini tutaraq əmək bazarına əhəmiyyətli təsir göstərir, vergilərdən yayınır və kölgə iqtisadiyyatına cəlb olunur və bununla da dövlətə böyük ziyan vurur.

Xəbər lenti

Xəbər lenti