...

Bakıda Azərbaycan-Amerika Aqrobiznes Forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2007 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ May ayının 22-də Bakıda Azərbaycan-Amerika Aqrobiznes Forumu keçiriləcək. Bu barədə cümə günü Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib. Tədbirin təşkilatçısı qismində İqtisadi İnkişaf Nazirliyi, AZPROMO və Azərbaycan-Amerika Ticarət Palatası çıxış edir.

Forumda hökumətdən rəsmi şəxslər və kənd təsərrüfatı sahəsindəki iş adamları iştirak edəcək.

İqtisadi İnkişaf, Kənd Təsərrüfatı nazirliklərinin, ABŞ Dövlət Departamentinin, ABŞ-ın Kənd Təsərrüafatı Departamentinin nümayəndələri və digər rəsmi şəxslər "Azərbaycan kənd təsərrüfatının prioritetləri və Amerika şirkətləri üçün artan imkanlar" mövzusunda çıxış edəcəklər. Tədbirin gedişində ABŞ və Azərbaycann iş adamları arasında birbaşa danışıqlar təşkil olunacaq. Bu məqsədlə ölkəyə 10 Amerika şirkəti nümayəndəsinin gəlişi gözlənilir. Onlar Azərbaycanda kənd təsərrüfatı sahəsində investisiya imkanlarının öyrənilməsində, emal sənayesində əməkdaşlıqda, nar, meyvə və tərəvəz konservlərinin idxalında maraqlıdırlar.

Missiya Azərbaycanın qida və kənd təsərrüfatı müəssisələrinə baş çəkəcək.

Ticarət Sənaye Palatası 23-25 may tarixində Bakıda keçirilən "Inter Food Azerbaijan-2007" sərgisi ilə eyni vaxta salınmış Azərbaycan-Amerika kənd təsərrüfatı biznes-forumuna da sponsorluq edəcək.

Xəbər lenti

Xəbər lenti