...

"Sumqayıt kompressorları" ASC-nin özəlləşdirilməsinə dair yeni müddət elan olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2007 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend İ.Xəlilova /Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi "Sumqayıt kompressorları" ASC səhmlərinin 98,95 faizinin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsinin keçirilməsi müddətini dəyişib. Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Müsabiqə təkliflərinin qiymətləndirilməsi əvvəl nəzərdə tutulduğu kimi mayın 16-da deyil, iyunun 22-də keçiriləcək. İddiaçılar iyunun 20-nə qədər özəlləşdirmə planları ilə tanış olmaq və iştirak üçün ərizələri təqdim edə bilər.

Təkliflər paketində müasir standartlara uyğun sənaye məhsullarının istehsalının təşkili üçün tədbirləri nəzərdə tutan investisiya proqramı da olmalıdır. Təkliflər dövlət büdcəsinə 800 min manatın köçürülməsi və silinmək üçün Dövlət Komitəsinə təqdim olunacaq 30 min dövlət özəlləşdirmə çeklərinin sayına dair təklifin verilməsi barədə olmalıdır. İddiaçıların ciddiliyinin təsdiq olunması üçün istənilən bankın 250 min manatlıq zəmanət məktubu təqdim edilməlidir.

1 aprel 2007-ci ilə əsasən, "Sumqayıt kompressorları" ASC-nin nizamnamə kapitalı 3,121 mln. manat təşkil edir. Müəssisə 1971-ci ildə istismara verilib və işçilərinin sayı 214 nəfər təşkil edir. SC-nin öhdəliyi 1,637 mln. manat təşkil edir, bunun da 1,073 mln. manatını məhsullar, xidmətlər və işlərə görə borclar, 0,160 mln. manatını isə əmək haqları və onlara bərabər borclar təşkil edir. Müəssisənin debitor borcu 0,540 mln. manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti