...

Almaniya Azərbaycanla qeyri-neft sahəsində əməkdaşlığın istiqamətlərini müəyyənləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2007 17:05 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Azərbaycan-Almaniya biznes-forumu işini mayın 23-də Gəncədə davam etdirəcək. Bu barədə bazar ertəsi Almaniyanın İqtisadiyyat və Texnologiyalar Nazirliyinin Mərkəzi Asiya, Qafqaz, Rusiya, Ukrayna, Belarus və Moldova üzrə nümayəndəsi Frank Vayzinq məlumat verib. Biznes-forum Almaniyanın İqtisadiyyat və Texnologiyalar Nazirliyi tərəfindən təşkil olunub. Almaniya tərəfindən analoji regional biznes-forum keçən il Sumqayıtda keçirilib.

"Enerji çatdırmaları baxımından Azərbaycanın rolu daima artır və Cənubi Qafqaz boru kəmərinin tikintisi ilə ölkənin qaz ixracındakı rolu artacaq. Almaniya bu istiqamətlərdə, Azərbaycan isə alman məhsullarının idxalında maraqlıdır", deyə Vayzinq bildirib.

Onun fikrincə, Almaniyanın Azərbaycanın qeyri-neft sahəsinin inkişafındakı rolu da az əhəmiyyətli olmaya bilər. O, hesab edir ki, bu, maşınqayırma sənayesi, infrastruktur, o cümlədən, yolların inkişafı, xəstəxanaların tikintisi, informasiya texnologiyaları sahəsində əməkdaşlıqla əlaqədar ola bilər.

2006-cı ildə Azərbaycandan Almaniyaya 609 mln. avro məbləğində mal ixrac olunub, bu da 2005-ci illə müqayisədə 90 faiz çoxdur. Bununla belə ixracın 97 faizi neft məhsullarının payına düşür.

Bu artım Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi layihəsinin reallaşdırılması ilə əlaqədardır. Keçən il Azərbaycana alman mallarının idxalı 485 mln. avro təşkil edib, bu da 2005-ci ilin göstəricisindən 8,6 faiz çoxdur. Almaniyadan maşınqayırma sənayesi məhsulları, "Siemens" şirkəti tərəfindən qaz boruları idxal olunub.

Xəbər lenti

Xəbər lenti