...

Nazir: Azərbaycanda kənd tsəsərrüfatı məhsulları istehsalçılarına güzəştli kreditlərin verilməsinə başlanılacaq (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2007 17:19 (UTC +04:00)
Nazir: Azərbaycanda kənd tsəsərrüfatı məhsulları istehsalçılarına güzəştli kreditlərin verilməsinə başlanılacaq  (video)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ İyun ayından kənd təsərrüfatı məhsullarının istehsalçılahrına güzəştli kreditlərin verilməsinə başlanılacaq. Bunu bazar ertəsi Almaniya-Azərbayacan biznes-forumunun gedişində Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib.

Prezidentin "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət yardımı haqqında" 23 yanvar 2007-ci il tarixli fərmanına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının aqrolizinqinə 80 mln. manat ayrılması barədə qərar qəbul olunub.

Texnika almaq istəyənlər ilkin olaraq onun dəyərinin 20 faizini, sonrakı 10 il müddətində isə heç bir girov olmadan digər hissəsini ödəyəcək. Gübrə isə hər hektar üçün 50 faiz güzəştlə satılır.

Nazirin sözlərinə görə, 2007-ci ilin Dövlət Büdcəsindən "Aqrolizinq" SC üçün 40 mln. manat vəsait ayrılıb.

"Aqrolizinq" 23 oktyabr 2004-cü ildə Azərbaycan prezidentinin sərəncamı ilə yaradılıb. Müəssisənin məqsədi aqrar sahənin yaxşılaşdırılması, yerli torpaq sahiblərinin lizinq yolu ilə güzəştli müxtəlif kənd təsərrüfatı texnikası alması üçün sahibkarlığa yardım göstərməkdir.

Nazir qeyd edib ki, güzəştli lizinq alınması üçün iyun ayının birinə qədər yeli komissiyalara müraciət etməlidirlər. Daha sonra sənədlər baxılmaq üçün respublika komissiyasına göndəriləcək. Bu proseduru keçdikdən sonrta isə Kapital Bankın filiallarından kartoçka sistemi əsasında kredit almaq mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti