...

Politoloq: "Azərbaycanın Tarif Şurası aydın iş sisteminə keçməlidir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2007 16:28 (UTC +04:00)
Politoloq: "Azərbaycanın Tarif Şurası aydın iş sisteminə keçməlidir"

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ "Keçid dövründə olan cəmiyyətlərdə demokratiya" mövzusunda çərşənbə günü Bakıda keçirilən konfransda Tarif Şurasının telefon danışıqlarına görə abonent haqlarının 0,7 manatdan 2 manata qədər artırılması barədə may ayında qəbul etdiyi qərarı şərh edən politoloq Rasim Musabəyov bidirib ki, Azərbaycanın Tarif Şurası hər-hansı bir strategiyanın əks olunduğu səlis və aydın iş sisteminə keçməlidir.

Politoloqun fikrincə, Tarif Şurasının artım barədə qərarı həmin sahədə mütləq işlərin yaxşılaşması ilə müşayiət olunmalıdır, amma Azərbaycanda bu baş vermir.

Politoloq qeyd edib ki, tariflərin artımı əhalinin sosial vəziyyəti nəzərə alınmaqla həyata keçirilməlidir ki, istehlakçı qiymətlərin dəyişilməsini proqnozlaşdıra bilsin.

2007-ci ilin yanvarında Azərbaycanın Tarif Şurası kommunal xidmətlər və enerji daşıyıcılarının qiymətinin artması barədə qərar qəbul edib.

"Tariflərə yenidən baxılarkən mütləq sənaye sahəsini nəzərə almaq lazım idi. Təsəvvür edin, məhsulun maya dəyərini bir qiymətlə hesablamış, amma daha sonra fərqli qiymətlə ödəməli olan müəssisələrin vəziyyəti necə olur" - deyə politoloq bildirib.

Musabəyov həmçinin qeyd edib ki, Tarif Şurası normal fəaliyyət göstərdiyi halda qiymətlər bu şəkildə 2-3 dəfə artmamalıdır.

Xəbər lenti

Xəbər lenti