...

Ekspert: "İpoteka kreditləşməsinin maliyyələşdirilməsinin dayandırılması Bakının daşınmaz əmlak bazarında qiymətlərə təsir etmir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2007 12:24 (UTC +04:00)
Ekspert: "İpoteka kreditləşməsinin maliyyələşdirilməsinin dayandırılması Bakının daşınmaz əmlak bazarında qiymətlərə təsir etmir"

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ İpoteka kreditləşməsinin maliyyələşdirilməsinin dayandırılması Bakının daşınmaz əmlak bazarında qiymətlərə təsir etmir. Bunu şənbə günü "Daşınmaz əmlak bazarının iştirakçıları" İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov bildirib.

Azərbaycan İpoteka Fondu (AİF) bu həftə fondun xətti ilə ipoteka kreditləşməsinin dayandırılmasını bəyan edib. Kreditlərin maliyyələşdirilməsinin əsas səbəbi kimi büdcənin xərclənməsi göstərilir. 2006-cı ilin dövlət büdcəsindən AİF üçün 26 mln. manat ayrılıb. Cari ildə isə 20 mln. manat vəsait hələki fondun hesabına köçürülməyib.

İbrahimovun sözlərinə görə, ipoteka portfeli Bakının təkrar daşınmaz əmlak bazarında bütün əməliyyatların cəmisi 30 faizini əhatə edir. Bu da onu göstərir ki, fondun xətti üzrə ipotekanın həyata keçirilməsi ancaq bazarın fəallığına təsir edir, qimətlərə yox.

"Daşınmaz əmlakın qiymətinə əməliyyatların sayı və üsulu təsir etmir, buna tikintinin başa gəldiyi materialların qiyməti təsir edir" - deyə o bildirib.

Bakının ilkin daşınmaz əmlak bazarında ipoteka portfeli cəmisi bir faiz təşkil edir ki, bu da onların əsasən nağd satılması ilə izah olunur.

İctimai Birliyin monitorinqinə əsasən, Bakının daşınmaz əmlak bazarında son dörd ayda ötən üç illə müqayisədə passivlik müşahidə olunur. Bunun da səbəbi əsasən mövsümi göstəricilər və ilin əvvəlində Tarif Şurasının qərarı ilə qəfildən kommunal xərclər və enerji daşıyıcılarının qiymətinin artırılması ilə əlaqədardır .

Xəbər lenti

Xəbər lenti