...

Metronun "Bakı Soveti" stansiyasında qatarların hərəkəti ilə bağlı problem aradan qaldırılıb.

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2007 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı/müx. Trend S.Əliyev/ Cümə axşamı Bakı metropoliteninin baş mühəndisi Elbrus Muradovun verdiyi məlumata görə, "Bakı Soveti" metro stansiyasında qatarların hərəkəti bərpa olunub.

"Bu gün günün ikinci yarısından qatarlardan birinin əyləc mexanizmi ilə bağlı problem səbəbindən "Bakı Soveti" stansiyasında qatarların hərəkəti və həmçinin sərnişinlərin stansiyaya girişi dayandırılıb" - deyə o qeyd edib.

"Tərkib yedəyə alındıqdan sonra hərəkət bərpa olunub. Əyləc mexanizmi il əlaqədar olan səbəblər araşdırılacaq" - deyə Muradov bildirib.

Xəbər lenti

Xəbər lenti