...

Azərbaycan sahibkarları Yunanıstanda "Xarici bazarlara çıxış" mövzusunda keçirilən seminarda iştirak ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2007 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, Azərbaycan sahibkarları "Hellenic" əməkdaşlığın inkişafı proqramı çərçivəsində Afinada "Xarici bazarlara çıxış" mövzusunda keçirilən seminarda iştirak ediblər. Tədbir 18 noyabr 2006-cı ildə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Yunanıstanın EOMMEX təşkilatı arasında imzalanmış memorandum çərçivəsində təşkil olunub.

Seminarda bank, audit, konsaltinq, telekommunikasiya, məişət texnikasının istehsalı və ticarəti, tikinti və kənd təsərrüfatı, xalçaçılıq və təbii şirələrin istehsalı sahəsində ixtisaslaşmış 20-yə qədər Azərbaycan sahibkar təmsil olunub.

Səfər çərçivəsində Azərbaycan və Yunanıstan sahibkarları arasında ikitərəfli danışıqlar aparılıb və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bundan başqa, Yunanıstanın Xarici İşlər Nazirliyi, EOMMEX təşkilatı və Azərbaycanın Yunanıstandakı səfirliyinin təmsilçiləri arasında yığıncaq keçirilib.

Görüşün iştirakçılarına Azərbaycan iqtisadiyyatı, aparılan islahatlar, həmçinin bu səfər çərçivəsində təmsil olunan sahibkarlıq sahəsinin subyektləri barədə məlumat verilib.

Xəbər lenti

Xəbər lenti