...

BBVB-də 13 iyula olan birja sövdələşmələrinin nəticələri açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2007 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend / İyulun 13-də Bakı Banklarası Valyuta Birjasının (BBVB) valyuta bölməsində aparılan sövdələşmələrin nəticələrinə əsasən, USD/AZN-nin ortaçəkili birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8534 AZN təşkil edib. Sövdləşmələrin Birja Elektron Sistemində səhər sessiyasının açılışı zamanı USD/AZN-nin məzənnəsi 1 ABŞ dolları üçün 0,853 AZN-ə bərabər olub. USD/AZN T+0 aləti üzrə sövdələşmə qeydə alınmayıb. Manatın məzənnəsi sessiyanın nəticələrinə görə dəyişməz qalıb.

USD/AZN T+0 aləti üzrə BEST-in günorta sessiysasında 7 254 000 AZN-ə bərabər məbləğ qeydə alınıb.

Günorta sessiyasının ortaçəkili məzənnəsi 1 ABŞ dolları üçün 0,8534AZN təşkil edib.

Beləliklə hər iki sessiyanın yekunlarına əsasən, dollar aləti üzrə sövdələşmələrin ümumi həcmi 8 500 000 dollar təşkil edib ki, bu da 7 254 000 AZN-ə bərabərdir. Bir sövdələşmənin payına orta hesabla 2 833 333 dollar düşüb.

Qeyd edək ki, tələbatın yoxluğu səbəbindən USD/AZN T+1, T+2 və SWAP_USD/AZN aləti üzrə dilerlər tərəfindən sövdələşmə aparılmayıb. BEST-ə EUR/AZN və RUB/AZN alətləri üzrə ərizələr daxil olmayıb. BEST sistemi çərçivəsində fəaliyyət göstərən, banklararası kredit bazarı tərəfindən təşkil olunan bazarda market-meykerlər tərfindən təqdim olunan ərizələr əsasında hesablanan BakiBor indeksi illik manatla 90 günlük alətlər üzrə 14,40%, dollarla isə 14,97% təşkil edib. Birjada banklar arasında kredit alətləri üzrə sövdələşmələr aparılmayıb.

Xəbər lenti

Xəbər lenti