...

Azərbaycan Gürcüstandakı investor ölkələrin beşliyinə daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2007 19:20 (UTC +04:00)
Azərbaycan Gürcüstandakı investor ölkələrin beşliyinə daxil olub

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirtsxalia/ Azərbaycanın Gürcüstana qoyduğu investisiyalar əhəmiyyətli dərəcədə artıb. Bu barədə Gürcüstan İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət Departamentinin rəhbəri Qriqori Nanobaşvili məlumat verib.

Azərbaycan Gürcüstandakı investisiyaların həcminə görə ötən ilki yeddinci yerindən bu il ABŞ -dan sonra beşinci yeri tutub.

Onun sözlərinə görə, Gürcüstana investisya formasında daxil olan 286,3 mln. dollardan 4,5 faiz, yaxud 12,8 mln. dollar Azərbayacanın payına düşür.

Nanobaşvili qeyd edib ki, Azərbaycan Gürcüstanın əsas idxal tərəfdaşıdır. Azərbayacana 41,5 mln. dollarlıq mal idxal olunub. Ölkə həmçinin Gürcüstanın ən iri ixracatçıları sırasında üçüncü yeri tutur. Bu il Azərbaycan Gürcüstana 90 mln. dollar məbləğində mal ixrac edib. Bu göstəriciyə görə Azərbayacan yalnız Türkiyə və Rusiyadan geri qalır.

Ekspertlər bildirirlər ki, Rusiya bazarının bağlanması fonunda regional layihələrin həyata keçirilməsi Gürcüstan və Azərbaybcan arasında əlaqələrin, xüsusilə yanacaq-energetika kompleksi və nəqliyyat sahələrində əlaqələrin inkişafına yardım edir. Bura qaz və neft boru kəmərlərinin çəkilişi, dəmir yolu, neft terminallarının tikilməsi daxildir.

Xəbər lenti

Xəbər lenti