...

Azərbaycandakı Çin oyuncaqları təhlükəlidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2007 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ Azərbaycanda Mattel Inc. şirkətinin Çində istehsal etdiyi, uşaqların sağlamlığı üçün tərkibində təhlükəli maddələrin ola biləcəyi oyuncaqlar qanunsuz olaraq satılır. Bu barədə Respublika sanitar-karantin müfəttişliyindən məlumat verilib.

ABŞ-da uşaq oyuncaqları istehsal edən iri şirkətlərdən biri Mattel Inc. (ən məşhuru- "Barbi" kuklası) avqust ayında ABŞ, Kanada, Böyük Britaniya və Meksika bazarlarından Çindəki müəssisələrindən birində istehsal olunan 18,2 mln. oyuncağın geri qaytarılması barədə müraciət edib.

Oyuncaqların geri yığılmasının səbəbi oyuncaqlarda istifadə olunan boyanın tərkibində qurğuşunun çox olması və onlara qoyulmuş maqnit olub. İstehlak mallarının təhlükəsizliyi üzrə ABŞ Komissiyasına istinadən agentliklərin məlumatına görə boyanı daha parlaq edən qurğuşun beyində xəstəliklər yarada bilər, maqnitlər isə uşaqlar tərəfindən udulur. Rusiyanın sanitar orqanları cümə axşamı Mattel Inc. şirkətinin istehsal etdiyi məşhur Barbi kuklaları da daxil olmaqla, bütün pərakəndə oyuncaq satışı məntəqələrinin yoxlanılması barədə qərar qəbul ediblər.

"Azərbaycanın sanitar-karantin müfəttişliyinin rəhbərinin müavini Cəfər Əhmədov Trend ə bildirib ki, "Təkhlükəli Çin oyuncaqları Azərbaycana qanunsuz yolla gətirilir". Onun sözlərinə görə, rəsmi olaraq Mattel Inc. şirkətinin oyuncaqları Azərbaycana gətirilmir. Çində istehsal olunmuş qadağan olunan oyuncaqlar barədə müfəttişlikdə məlumat yoxdur.

Müfəttişlikdə Azərbayacana bu ölkədə istehsal olunmuş oiyuncaqları gətirən təqribən 10 Çin şirkəti qeydiyyatdan keçib. Əhmədov bildirib ki, onların hamısı müfəttişliyin laboratoriyalarında aparılan tədqiqatlardan sonra keyfiyyət sertifikatı alıblar. Sanitar-karantin müfəttişliyi ticarət məntəqələrində sertifikatın olmasını yoxlamır.

Trend ə müsahibəsində Bakıda yerləşən böyük oyuncaq mağazalarından birinin satıcıları onlarda Mattel Inc. şirkətinin məhsullarının satıldığını bildiriblər. Lakin avqust ayında oyuncaq gətirilməsini inkar ediblər. Onların hesablamalarına görə, Bakıdakı oyuncaq mağazalarında satılan oyuncaqların 40 faizi Çində istehsal olunanlardı. Mağazanın sahibi Trend in müsahibə üçün sorğusuna cavab olaraq zəng etməyib.

Ticarət məntəqələrində malların keyfiyyətinə nəzarət edən Respublika gigiyena və epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov cümə günü Trend ə bildirib ki, nə rəsmi olaraq, nə də alıcılar tərəfindən heç bir müraciətin daxil olmaması səbəbindən mərkəz tərəfindən Çin oyuncaqlarının yoxlanılması ilə bağlı heç bir tədbir görülməyib.

Azərbaycan Azad istehlakçılar birliyinin rəhbəri Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycandakı ticarət məhsullarının çoxu, həmçinin oyuncaqlar müvafiq sertifikatlaşmadan keçmir.

Hüseynov Trend ə bildirib ki, birlik ölkəyə gətirilən oyuncaqların monitorinqini aparmayıb, lakin Çin mallarının aşağı keyfiyyətli olması problemi möcuddur və müzakirə olunub.

Alıcılar vəziyyətlə tanışdırlar və bundan narahatdırlar.

"Əlbəttə ən əsası bizim uşaqlarımızın sağlamlığıdır - deyə bildirən Bakının mərkəzində oyuncaq mağazalarından birinin alıcısı Trend ə söyləyib ki - Oyuncaqların sağlamlığa ziyan vura bilməsi, hətta onların sağlamlıq üçün təhlükəli olması narahat etməyə bilməz. Amma biz alıcılar nə edə bilərik? Biz yalnız xoşumuza gələn oyuncaqları alırıq, lakin onların keyfiyyətinə isə cavab verə bilmərik. Bu barədə istehsalçılar düşünməlidir".

Geri yığılan oyuncaqlar sırasında - Big Bird (Böyük Quş), Elmo və Dora, Diego kuklaları və Sezam küçəsi personajları var.

Dünya KİV-ləri avqustun əvvəlində Çinin ticarət nazirinin Çin məhsulları "tamailə təhlükəsizdir" sözlərindən sitat gətirirdilər. Lakin avqustun 13-də Cənubi Çində yerləşən Li Der zavodunun direktoru Çen Şu-xan geri yığılan oyuncaqların keyfiyyətsiz boyasının onun dostunun müəssisəsi tərəfindən tədarük olunduğu müəyyən olunandan sonra özünü asıb.

CNN-in məlumatına əsasən Kaliforniyada bu həftə Matell Inc. şirkətinə qarşı tərkibində qurğuşun olan boyadan istifadə etdiyinə görə iddia qaldırılıb.

"Mən biləndə ki mənim 2 yaşlı uşağım iki aydan çoxdur ki, tərkibində qurğuşun olan boya ilə hazırlanmış oyuncaqla oynayıb, mən dəhşətə gəldim, - deyə CNN iddiaçı Rod Anderhillin sözlərindən sitat gətirir. - Uşaq hüquqlarının müdafiəsi üzrə keçmiş vəkil kimi, mən şəxsən balaca uşaqların qəsdən zəhərlənməsi halları üzrə işləmişəm. Mənim öz uşağımın isə istehsalçı tərəfindən zəhərlənmə təhlükəsinə məruz qalması isə məni valideyn kimi məyus edir".

Xəbər lenti

Xəbər lenti