...

Sumqayıtda beton istehsalı ilə məşğul olan yeni zavod fəaliyyətə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2007 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Sumqayıt İcra Hakimiyyətinin məlumatında bildirilir ki, Sumqayıt şəhərində beton istehsali ilə məşğul olan yeni müəssisə fəaliyyətə başlayıb.

"AzSaks BEHV" şirkətinin törəmə müəssisəsi olan "AzSaks Beton Ltd" MMC-nin yaradılmasına 3 mln. avro dəyərində sərmayə yatırılıb.

Məlumatda qeyd edilir ki, müəssisənin istehsal gücü sutkada 1500 kubmetr təşkil edir. Hazirda zavodda 32 nəfər çalışır. İnzibati bina tikildikdən, həmçinin satiş sistemi genişləndirildikdən sonra işçi sayının 50-dən artıq olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti