...

"Central Asia"-nin əsas tərəfdaşı: "Rusiya öz ərazisi vasitəsilə karbohidratların nəqli məsələsində təzyiq göstərir"

Energetika Materials 3 Oktyabr 2007 19:02 (UTC +04:00)

Qazaxıstan, Almata / Trend , müxbir K.Konırova/ Rusiya öz ərazisi vasitəsilə karbohidratların nəqli məsələsində güclü təzyiq göstərir. Bu barədə çərşənbə günü KIOGE - 2007 beynəlxalq konfransında çıxışı zamanı "Central Asia Bracewell& Guiiani LLP" şirkətinin əsas tərəfdaşı olan Georgi Vodjak bildirib.

"Qazaxıstan balansdan istifadə edir ki, bu da tərifəlayiqdir. Bunun sübutu Astananın Bakı ilə əməkdaşlığı, "Bakı-Tbilisi -Ceyhan kəmərinə qoşulması və Gürcüstanda yerləşən Batumi limanının alınmasıdır", - deyə o bildirib.

Azərbaycan və Qazaxıstan "Bakı-Tbilisi-Ceyhan" kəməri ilə Qazaxıstan neftinin nəqli ilə bağlı hökumətlərarası müqavilə imzalayıblar.

Hazırda nəql müqaviləsinin işlənib hazırlanması üzərində iş gedir. BTC kəmərinin səhmdarları Qazaxıstanda çalışan dörd şirkətdir. Bu şirkətlərin sırasına "Chevron", "Inpex", "Eni" və "ConocoPhilips" daxildir. Onların hər biri kəmərdə 15% iştirak payına malikdir.

Xəbər lenti

Xəbər lenti