...

Oktyabrda BTC vasitəsilə Gürcüstandan 2.8 mln. ton neft göndərilib

Energetika Materials 7 Dekabr 2007 17:12 (UTC +04:00)

Gürcüstan, Tbilisi/ Trend , müxbir N.Kirtsxaliya/ Oktyabrda Bakı-Tibilisi-Ceyhan neft kəməri vasitəsilə Gürcüstandan 2.8 mln. ton neft göndərilib. Gürcüstan Neft və Qaz Korporasiyasından verilən xəbərə görə, oktyabrda daşınan neftin həcmi ötən aydakı göstəricidən iki dəfə çox olub. Sentyabrda Gürcüstandan tranzitlə 1.2 mln. ton neft buraxılıb. İl ərzində nəql olunan neftin miqdarı. artan templə, dəyişkən xarakterizə olunub. Belə ki, yanvarda neft kəməri vasitəsilə 1.6 mln. ton, fevralda 2 mln. ton, martda və apreldə 2.2 mln. ton, mayda 2.8 mln. ton, iyunda 2.4 mln ton neft nəql edilib. İyulda daşınmanın göstəricisi 2.9 mln. ton olub. Neft kəməri 2005-ci ildən istismar edilir.

Xəbər lenti

Xəbər lenti