...

Qazaxıstan Agip KCO konsorsiumuna vergi iddiaları irəli sürüb

Energetika Materials 9 Yanvar 2008 13:49 (UTC +04:00)

Qazaxıstan, Astana, 9 yanvar / " , müxbir K.Konırova / Çərşənbə günü Qazaxıstan maliyyə nazirinin müavini Dualet Yerqojin Trend ın xüsusi müxbirinin sualına cavab verərək bildirib ki, Qazaxıstan hökuməti "Kaşaqan" neft yatağında qazma işləri aparan Agip KCO konsorsiumuna vergi ödəməli olduqları barədə xəbərdarlıq edib.

Agip KCO konsorsiumunda vergi yoxlamaları keçən il başlayıb.

Yerqojinin sözlərinə görə, Agip KCO 30 gün ərzində xəbərdarlıqla bağlı şikayət edə bilər.

"Kaşaqan" yatağından neft çıxarılması 2010-cü il üçün gözlənilir. Neftin yarısı Xəzər dənizi ilə Bakıya nəql ediləcək, sonra isə Bakı-Tblisi-Ceyhan boru kəməri ilə il ərzində 50 mln. ton həcmlə ixrac ediləcək.

Xəbər lenti

Xəbər lenti