...

Qazaxıstan Azərbaycanda yeni neft kəmərinin tikintisi imkanlarını nəzərdən keçirməyə hazırdır-"KazMunayQaz"-ın rəhbəri

Energetika Materials 11 Fevral 2008 18:42 (UTC +04:00)
Qazaxıstan Azərbaycanda yeni neft kəmərinin tikintisi imkanlarını nəzərdən keçirməyə hazırdır-"KazMunayQaz"-ın rəhbəri

Qazaxıstan, Astana, 11 fevral/ Trend , müxbir K.Konırova/ Qazaxıstanın milli neft hasilatı şirkəti "KazMunayQaz" ixrac üçün böyük həcmdə qazax nefti olduğu şəraitdə, Azərbacyan ərazisində yeni Bakı-Qara dəniz neft kəmərinin tikintisi layihəsini nəzərdən keçirməyə hazırdır. Bu barədə bazar ertəsi Astanada, "KazMunayQaz"-ın rəhbəri Uzakbay Karabalin mətbuat konfransında bildirib.

" Qazaxıstan neftinin nəqli həcmi artırılarsa, bu iqtisadi cəhətdən məqsədəuyğun olacaq və biz yeni Bakı-Qara dəniz neft kəmərinin tikinti layihəsini nəzərdən keçirməyə hazırıq", - "KazMunayQaz"- ın rəhbəri bildirib.

Onun sözlərinə görə, Qazaxıstana Qazaxıstan Xəzər boru kəməri sistemi üzərində işləri gücləndirmək lazımdır. Bu işlərə Karabatandan Kurık limanınadək neft kəmərinin tikintisi daxildir.

"Daha sonra biz Qazaxıstan neftini, Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qoşulmaqla, tankerlərlə Bakıyadək çatdırmaq niyyətindəyik. "KazMunayQaz" Qazaxıstan nefti həcminin digər hissəsini isə, Gürcüstanın Qara dəniz sahilindəki Batumiyədək göndərmək niyyətindədir", - Karabalin bildirib.

Xəbər lenti

Xəbər lenti