...

Qazaxıstanda EITI üzrə birinci hesabatın izaha ehtiyacı var

Energetika Materials 29 Fevral 2008 20:19 (UTC +04:00)

Qazaxıstan, Astana, 29 fevral / " müxbir K.Konırova / Qazaxıstanda çıxarma sənayesində şəffaflıq təşəbbüsu üzrə birinci hesabatı EITI kriterilərinə tam uyğun hesab etmək olmaz. Bu bəyanatla cümə günü Astanada jurnalistlər qarşısında "Neft gəlirləri cəmiyyətin nəzarəti altına" QHT koalisiyasının sədri Malik İsabekov çıxış edib.

"Əlçatan, ətraflı və aydın olmağa çağıran EITI kriterilərinə müvafiq hazırlanan hesabatın özünun izaha ehtiyacı var", - İsabekov deyib.

Koalisiya başçısının sözlərinə görə, "Deloitte" beynəlxalq auditor şirkəti tərəfindən yoxlanılan hesabatda şirkətlərin və hökumətin məlumatları arasında fərqlərin ümumi məbləği göstərilməyib.

"Hazırıda fərqlərin ümumi məbləği müəyyən edilməyib, bu da metodikalardan asılı olaraq fərqlərin məbləğini 4-dən 26 milyard tənqəyədək müəyyən etməyə imkan verir", - İsabekov dəqiqləşdirib.

Digər qeydlər siyahısında bildirilib ki, hasil edən şirkətlərin ödəmələri və onlardan daxilolmalar haqqında məlumatlar ümumiləşdirilmiş formada, hər şirkət üzrə ayrılıqda bölünmədən verilib.

"Lakin məlumatların hər şirkət üzrə ayrılıqda bölünmədən dərc edilməsi "EITI"ın məcburi tələbi deyil, bir çox ölkələr, Monqolstan, Nigeriya və Qana daxil olmaqla, məhz detallaşdırılmış məlumatları dərc etmək qərarını qəbul ediblər. Məlumatın bu formada açıqlanması daha mütərəqqidir və şəffaflığın yeni keyfiyyət standartını düzəldir", - İsabekov bəyan edib.

O qeyd edib ki, Qazaxıstanda EITI üzrə birinci hesabatın çıxışı, bizim ölkədə EITI həyata keçirilməsinin yeni mərhələsinin başaldıb.

EITI 2002-ci ilin sentyabrında Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer tərəfindən elan edilib. Onun məqsədi həm hasil edən şirkətlərin ödəmələri, həm də təbii sərvətlərlərlə zəngin olan ölkə hökumətlərinin əldə edilən gəlirləri haqqında məlumatın şəffaflığını əldə etməkdir.

2005-ci ilin iyununda prezident Nursultan Nazarbayev Qazaxıstanın bu təşəbbüsü dəstəklədiyini elan edib.

2004-cü ildə Qazaxıstanın 13 ictimai birliyi və "Soros-Kazaxstan" Fondunun təşəbbüsü ilə yaranan "Neft gəlirləri - cəmiyyətin nəzarət altına!" Koalisiyası, hazırda 60-dan artıq QHT-ni birləşdirir.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti