...

Azərbaycanın Sənaye və Energetika Nazirliyi sənayenin inkişafı Proqramının hazırlanmasını başa çatdırıb

Energetika Materials 11 Mart 2008 19:12 (UTC +04:00)

Azərabaycan, Bakı, 11 mart/ Trend , müxbir S.Əliyev/ Azərbaycanın Sənaye və Energetika Nazirliyi "2008-2012-ci illərdə Azərbaycan Respublikasının sənayesinin inkişafı Dövlət Proqramı"-nın bütün nazirlik və idarələrə razılaşdırılmasını başa çatdırıb və yaxın günlərdə onun təsdiqə verilməsi gözlənilir. Bu barədə çərşənbə axşamı nazirlikdən məlumat veriblər.

Sənayenin inkişafı Dövlət Proqramı sənayenin perspektivli inkişaf istiqamətlərini, tam gücü ilə işləməyən müəssisələrin bərpa edilməsini və ölkənin tələbatına uyğun olaraq, yeni müəssisələrin yaradılmasını müəyyən edir.

Bundan əlavə, Proqramda yerli ehtiyatlardan istifadə hesabına regionlarda sənayenin inkişafına xüsusi diqqət ayrılması, aqrar sənayenin inkişafı məqsədilə kənd təsərrüfatının inkişafının təmin edilməsi, regionlara investisiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması və investorların hüquqlarının müdafiəsinin təmin edilməsi üçün bütün tədbirlərin həyata keçirilməsini, istehsalat müəssisələrinin beynəlxalq standartlara keçidinin təmin edilməsi, müəssisələrin fəaliyyətinə qanunsuz müdaxilə məsələsinin həll edilməsi və normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə tədbirlərin davam etdirilməsi, rəqabətqabiliyyətli sənaye məhsulu buraxılması hesabına ixrac potensialının və idxalda yerli məhsulun çəkisinin artırılması göstərilib.

Proqramın hazırlanmasında nazirlik təkliflərinin təqdim edilməsi üçün mərkəzi və yerli hakimiyyət orqanlarına, dövlət şirkətləri və konsernlərə, səhmdar cəmiyyətlərə, elmi-tədqiqat və layihə institutlarına, ali təhsil müəssisələrinə müraciət edib.

Məqalə müəllifinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti