Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir İ.Xəlilova/ "Azerikimya" Dövlət Şirkəti buxar-generator kompleksinin tikintisi üçün dövlət zəmanəti ilə cəlb olunan Yaponiyanın EXIM BANK-nın kreditini 2011-ci ilə qədər ödəyəcək. Bu barədə 2007-ci ildə sosial-iqtisadi inkişafın yekunları üzrə Azərbaycan hökumətinin hesabatında bildirilir.
Ötən il kredit üzrə ödəmə 8,7 mln. dollar təşkil edib. Bu məbləğin 6,7 mln. manatı EXIM BANK-ın krediti üzrə borcun, 714 min manatı isə faiz ödəmələrinin payına düşüb.
Ümumilikdə 2001-ci ildən kredit üzrə ödəmə məbləği 78 mln. manat təşkil edib. Cədvələ müvafiq olaraq, 24 mln. manat qalan borcun 2011-ci ilədək qaytarılması planlaşdırılır.