Azərbaycan, Bakı, 28 aprel/ Trend müxbir S.Əliyev/ Azərbaycanın Dövlət Neft Şirkəti hazırda Gürcüstana 1,2 mln. kubmetr həcmində şəxsi qazını tədarük edir. Bu barədə bazar ertəsi hökumətdən bildiriblər.
ARDNŞ 2008-ci il ərzində təqribən 500 mln. kubmetr tədarük şərtilə hər gün Gürcüstana 1,2-1,5 mln. qaz tədarük etmək niyyətindədir.
Hökumətdə tədarük edilən qazın qiymətini dəqiqləşdirməyiblər. Lakin məlumdur ki, o ötən ildəki tədarükün qiymətinə münasibətdə yüksək olmalıdır. Azərbaycanın 2007-ci ildə Gürcüstana tədarük etdiyi qazın qiyməti 1 min kubmetrinə görə $120 olub. Bu il qiymətin 1 min kubmetrinə görə $180-$190-dək artırılacağı gözlənilir.
Azərbaycanın Dövlət Neft Şirkəti özünün işlədiyi yataqlardan hasil edilən şəxsi qazına malikdir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]