...

Cari ilin birinci rübündə Azərbaycanın Şəmkir SES-də 359 mln. kVt/saat elektrik enerjisi istehsal olunub

Energetika Materials 26 May 2008 19:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may / Trend / Cari ilin birinci rübündə Şəmkir Su- Elektrik Stansiyasının (SES) enerji mənbələrində 359 mln. kVt/saatdan çox elektrik enerjisi istehsal olunub. Bu göstərici 327 mln. kVt/saat hcmində proqnozlaşdırılırdı. Bu barədə "Azərenerji" ASC-nin bazar ertəsi yayılan məlumatında bildirilir.

Aprel ayında təxminən 153 mln. kVt/saat elektrik enerjsi istehsal olunub. Bu göstərici ötən ilin analoji dövründə 128 mln. kVt/saat təşkil edib. Aprel ayında istehsal olunan elektrik enerjisinin 102 mln. kVt/saatı Şəmkir SES-i, yerdə qalan 51 mln. kVt/saat isə Yenikənd SES-nin payına düşüb.

Xəbər lenti

Xəbər lenti