...

Azərbaycan neftinin qiyməti: 23-27 iyun həftəsinin yekunları

Energetika Materials 30 İyun 2008 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir A.Bədəlova/ 23-27 iyun həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $139,64/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $3,04/barr çoxdur.

23-27 iyun həftəsində AZERI LT neftinin maksimal qiyməti $143,19/barr, minimal qiyməti isə, $135,63/barr təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcədir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

23-27 həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $129,06/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $3,43/barr çoxdur.

23-27 iyun həftəsində URALS neftinin maksimal qiyməti $132,83/barr, minimal qiymət isə $125,25/barr olub.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

23-27 iyun həftəsində Brent Dated neftinin orta qiyməti $135,68/barr olub ki, bu da ötən həftənin orta qiymətindən $3,42/barr çoxdur.

Brent neftinin maksimal qiyməti $139,1/barr, minimal qiymət isə $131,78/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Məqalə müəllifi iləəlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti