...

Qazaxıstan səmərəsiz istifadəçiləri zəmanətdən məhrum etməyi təklif edir

Energetika Materials 25 İyul 2008 14:00 (UTC +04:00)

Qazaxıstan, Astana, 25 iyul/ Trend , müxbir K.Konırova/ Qazaxıstan Maliyyə Nazirliyi səmərəsiz istifadəçiləri qanuni şəkildə onlara verilmiş zəmanət və preferensiyalardan məhrum etməyi təklif edir, çümə günü Astanada vitse-maliyyə naziri Daulet Yerqojin deyib. Trend -ın Qazaxıstandakı şəxsi müxbiri xəbər verir.

"Qanuni vergiləri ödəməyən və qanunvericiliyi pozan səhmdarları zəmanətdən məhrum edən dünya praktikasına nəzər yetirməyinizi təklif edirəm", - Astanada keçirilən "İstifadəçilərə vergi qoymanın hüquqi tətbiqinin aktual problemləri" beynəlxalq elmi-praktik konfransda çıxış edənYerqojin deyib.

Onun fikrincə, hazırda Qazaxıstanda vergi qoyma sahəsində bir neçə problem var. "Birincisi, vergi qoymanın müxtəlifliyi səbəbindən nə dünya praktikasına, nə də Qazaxıstan hüquq sisteminə uyğun olmamasıdır. Bu yolverilməzdir və qanuna dəyişikliklər etməklə həll edilməlidir", - Yerqojn hesab edir.

Onun sözlərinə görə, ikincisi, Qazaxıstan digər dövlətə çatmaq psixologiyasından əl çəkməli və qanun çərçivəsində ciddi qanunların qəbul edilməsindən qorxmamalıdır.

"Mənim nəzərimcə, dövlətlər üçün ən vacib sahələrdən olan mövcud vergi qoyma sisteminin gələcək fəaliyyəti ötən əsrin prinsipləri əsasında qurulur", - Yerqojin bildirib.

Onun fikrincə, xammal sektoruna vergi artımı "köklu ekspropriatsiya deyil, maraqların balansının təmin edilməsidir".

Hazırda Qazaxıstanda səmərəsiz istifadəyə dair 400-dən çox müqavilə qeydiyyatdan keçib. Onların 100-dən çoxunda pozuntu və öhdəliklərin yerinə yetirilməməsi halları mövcuddur.

2008-ci ilin ilk yarımilində səmərəsiz istifadəçilərin yoxlanılması nəticəsində Qazaxıstanın büdcəsinə 15,5 milyard tengə vergi və digər icbari ödənişlər, o cümlədən 5 milyard məbləğində cərimə və haqlar ödənilib.

Xəbər lenti

Xəbər lenti