...

Yanvar-iyulda İmişli RES-də elektrik enerjisindən istifadə azalıb

Energetika Materials 19 Avqust 2008 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust/ Trend / Yanvar-iyulda İmişli regional elektrik stansiyası (RES) 579 mln. kVt/s elektrik enerjis istehlak edib ki, buda ötən ilin göstəricisindən 53 mln. kVt/s azdır, "Azərenerji" SC-nin çərşənbə axşamı yayılan məlumatında bildirilir.

Yeddi ay ərzində istifadə edilmiş elektrik enerjisinə görə ödəniş 66 faiz olub ki, bu da ötən ilin analoji göstəricisindən 24 faiz çoxdur.

Yanvar-iyulda məişət abunəçiləri (əhali) 432 mln. kVt/s elektrik enerjisi istehlak edilib, ötən il isə bu göstərici 381 mln. kVt/s olub.

İyulda RES 70 mln. kVt/s elektrik enerjisi istehlak edib ki, bu da təxminən 2007-ci ilin göstəricisi ilə eynidir. Elektrik enerjisinə görə ümumi ödəniş 85 faiz təşkil edib.

İyulda əhalinin istifadə etdiyi elektrik enerjisinə görə ödəniş təxminən ötən ilin göstəricisi ilə eynidir.

İmişli regional elektrik stansiyasının tərkibinə Azərbaycanın İmişli, Ağcabədi, Fizuli, Beyləqan, Ağdam və Saatlı rayonlarının elektrik paylayıcı şəbəkələri daxildir.

Xəbər lenti

Xəbər lenti