...

Rumıniya "Nabukko" qaz kəməri layihəsinin tərəfdarıdır - Trayan Besesku

Energetika Materials 22 Avqust 2008 12:21 (UTC +04:00)
Rumıniya "Nabukko" qaz kəməri layihəsinin tərəfdarıdır - Trayan Besesku

Azərbaycan, Bakı, 22 avqust / Trend / Rumıniya "Nabukko" qaz kəməri kimi yeni layihələrin reallaşdırılmasının tərəfdarıdır. Mətbuat üçün birgə bəyanatda bildirilir ki, bu barədə cümə axşamı Bakıda Rumıniya prezidenti Trayan Besesku bildirib.

"Gürcüstandakı vəziyyət göstərdi ki, bundan sonra bu kəmərin regionda Avropa İttifaqı (Aİ) üçün alternativ enerji mənbəyi olması baxımından siyasət aparılmalıdır. Rumıniya və Azərbaycanın mövqeyi bu məsələdə üst-üstə düşür", - deyə Besesku bildirib.

Onun sözlərinə görə, regional dövlətlər və Aİ-nin mövqeyini nəzərə alaraq bütün enerji layihələrinin reallaşdırılması davam etdirilməlidir. "İxrac neft-qaz infrastrukturlarının inkişafı mühüm elementlərdən biridir", - deyə Besesku bildirib.

Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, ölkənin enerji siyasəti regionda sülhün, təhlükəsizliyin, rifahın və dostluğun möhkəmləndirilməsinə yönəldilib. "Azərbaycanın enerji maraqlarını təmin edərək, biz bundan sonra da Avropanın enerji təhlükəsizliyini təmin etməyə çalışacağıq", - deyə Azərbaycan rəhbəri bildirib.

Azərbaycan neftinin böyük hissəsi Avropaya Gürcüstandan ixrac olunur. Orta Asiyadan neft və neft məhsulları bu ölkə ərazisi vasitəsilə Qara dəniz limanlarına çatdırılır. Qazın bir hissəsi Gürcüstan vasitəsilə "Nabukko" qaz kəmərinin başlanğıc götürəcəyi Türkiyəyə çatdırılacaq. Qaz kəməri 2013-cü ildə istifadəyə veriləcək və Türkiyə ərazisi ilə Balkanlardan keçməklə Avstriyayadək uzanacaq.

Bu həftə "Nefte Compass"a müsahibəsində "Nabucco Gas Pipeline International"ın rəhbəri Reynxard Mitçek bildirib ki, Gürcüstandakı münaqişə "Nabukko" layihəsinin icra müddətinə və dəyərinə təsir göstərməyib.

Xəbər lenti

Xəbər lenti