...

Bakıda transformator məntəqəsində baş vermiş partlayış əhalinin elektrik enerjisi ilə təminatına təsir göstərməyib

Energetika Materials 23 Avqust 2008 15:17 (UTC +04:00)
Bakıda transformator məntəqəsində baş vermiş partlayış əhalinin elektrik enerjisi ilə təminatına təsir göstərməyib

Azərbaycan, Bakı, 23 avqust/ Trend Cap , müxbir E.İsmayılov/ Cümə günü Bakının Xətai rayonunda yerləşən transformator məntəqəsində baş vermiş partlayış, yaxınlıqdakı binaların elektrik enerjisi ilə təminatına təsir göstərməyib, - şənbə günü "Bakıelektrikşəbəkə"ASC-dən bildiriblər.

"Transformator məntəqəsində baş vermiş partlayış, yaxnlıqdakı obyektlərin elektrik enerjisi ilə təminatına heç bir təsir göstərməyib", - ASC-dən deyiblər.

Məntəqədə partlayış, "Bakıelektrikşəbəkə"nin işçilərinin transformatoru dəyişdirmək üçün transformator məntəqəsinin qapısını açarkən baş verib. Transformatorun dəyişdirilməsi payız- qış mövsümünə hazırlığın artırılması proqramı çərçivəsində edilməli idi.

Məzahir Rüstəmov küçəsi 3 - ünvanında , 138 saylı məktəbin arxasında yerləşən transformator məntəqəsində baş vermiş partlayış quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.

Hadisə zamanı məntəqədə olan "Bakıelektrikşəbəkə"nin Xətai rayon şöbəsinin 2 əməkdaşı -Kamal Bağırov və Elmar İmanov həlak olub, Cəsur Məmmədov, Pərviz Seyidov və Ramil Qurbanov müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində təhqiqata başlayıblar.

"Bakıelektrikşəbəkə"dən bildiriblər ki, transformatorun payız-qış mövsümünə hazırlığı çərçivəsində dəyişdirilməsi, hüquq-mühafizə orqanlarının apardıqları təhqiqatdan sonra mümükn olacaq.

Xəbər lenti

Xəbər lenti