...

Azərbaycanın iri kimya şirkəti xammalın alınmasına dair tender elan edib

Energetika Materials 29 Avqust 2008 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 avqusy / Trend , müxbir S.Babayeva/ Azərbaycanın kimyəvi məhsullar istehsal edən Azərkimya zavodu özünə məxsus olan Səthi-aktiv maddələr zavodu üçün xammalın alınması üzrə tender elan edib. Tenderin mövzusu kükürd turşusunda istifadə olunan duzun gələcəkdə kaustik soda və xlora çevrilərək istehsal edilməsidir.

Dövlət şirkətinin məlumatında deyildiyinə görə, alınası xammalın həcmi 60 min tondur.

Tenderdə iştirakın dəyəri 200 manatdır.

Namizədlər ərizələrini oktyabrın 6-dək, təkliflərini isə oktyabrın 13-dək təqdim etməlidirlər. Prosedur oktyabrın 14-də Sumqayıtdakı zavodda keçiriləcək.

Alınan xammal dövlət şirkətinə 2008-2009-cu illər ərzində təqdim edilməlidir.

Xəbər lenti

Xəbər lenti