...

Azərbaycan neftinin qiyməti: ötən həftənin yekunları

Energetika Materials 8 Sentyabr 2008 14:13 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: ötən həftənin yekunları

Azərbaycan,Bakı, 08 sentyabr / Trend , müxbir A.Bədəlova/ Ötən həftə sentyabrın 1-dən 5-dək Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $107,7/bar. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $7,69/bar. Azdır. çoxdur.

1-5 sentyabr həftəsindəAZERI LT neftinin maksimal qiyməti $11,02/bar, minimal qiyməti isə $104,86/bar. tiəşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

Ötən həftə Azərbaycanın Novorossiyk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $102,73/bar. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $7,78/bar. azdır.

1-5 sentyabr həftəsində URALS neftinin maksimal qiyməti $106,13/barr, minimal qiymət isə $99,77/barr təşkil edib.

URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

Ötən həftə Brent Dated neftinin orta qiyməti $104,7/bar. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $7,98/bar. Azdır.

Brent neftinin maksimal qiyməti $107,78/bar, minimal qiymət isə $102,03/barələ çatıb.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti