...

Azərbaycan neftinin qiyməti azalıb

Energetika Materials 2 Oktyabr 2008 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 oktyabr/ Trend , müxbir A.Bədəlova/ Oktyabrın 1-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $95,2/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən cümə axşamı verilən məlumata görə, çərşənbə günü neftin qiyməti çərşənbə axşamına nisbətən $1,53/barel azalıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ -dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtlərilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 1-də $94,15/barel təşkil edib və bu, əvvəlki qiymətdən $1,37/barel azdır.

Azərbaycan neftin URAL növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 1-də $89,12/barel təşkil edib və bu, əvvəlki qiymətdən $1,45/barel azdır

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti oktyabrın 1-də $92,38/barel təşkil edib. Bu, əvvəlki qiymətdən $1,33 /barel azdır.

Xəbər lenti

Xəbər lenti