...

SOCAR iri dəniz yatağı üçün yeni nasoslar alacaq

Energetika Materials 17 Oktyabr 2008 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr/ Trend , müxbir E.İsmayılov/ "Şeflqaztexnolgiya" MMC noyabrda ALNAS ASC-nin istehsal etdiyi beş  mərkəzdənqaçma dərinlik dalma nasosunu sınaqdan keçirmək üçün SOCAR şirkətinə (Azərbaycanın Dövlət Neft Şirkəti)  təqdim edəcək", - MMC -dəki mənbə cümə günü bildirib.

"Noyabrda təqdim ediləcək nasoslar "Neft Daşları" yatağı üçün nəzərdə tutulub", - mənbə bildirib.

Hazırda SOCAR Azərbaycanda 39-u quruda, 18-i dənizdə yerləşən 57 neft-qaz yatağını işləyir.

"Şelfqaztexnologiya" MMC gələn həftə Amerikanın Cameron şirkətinin istehsal etdiyi beş vintli dərinlik dalma nasosunu sınaqdan keçirmək üçün Karasu Operating Company-ə təqdim edəcək. Vintli dalma nasosları mexaniki qarışıqların (məsələn, qumun) çox olduğu quyularda tətbiq olunur. Sınağın nəticələri müsbət olarsa, şirkətə 40 belə nasos icarəyə veriləcək.

"Hazırda Karasu ALNAS - ın icarəyə verilmiş 40 nasosundan isifadə edir. Bu şirkətin hasil etdiyi neftin təxminən 70 faizi bu nasosların payına düşür", - mənbə bildirib.

Karasu Operating Company "Mişovdağ - Kəlaməddin" yatağından neft hasil etmək üçün yaradılıb. Layihənin iştirakçıları Nations Energy - 85 faiz və SOCAR - dır - 15 faiz.

"Şelfqaztexnologiya"nın Shirvan Oil birgə müəssisəsi ilə imzaladığı müqaviləyə əsasən, oktyabrdan başlayaraq, il ərzində ALNAS-ın dalma nasosları şirkətə icarəyə veriləcək. "Nasosların sayı razılaşdırılmayıb. Nasosları şirkətə sifariş daxil olduqca verəcəyik. Lakin bu, haradasa 30-40 nasos olacaq", - mənbə bildirib.

1995 - ci ildə yaradılmış Shirvan Oil BM "Kürovdağ" yatağını işləyir. Birgə müəssisənin həmtəsisçiləri Caspian Energy Group - 51 faiz və SOCAR şirkətidir - 49 faiz, SOCAR- ın rəsmi İnternet-saytında bildirilir.

Hazırda "Şelfqaztexnologiya" MMC ALNAS ASC-nin istehsalı olan nasosların təmiri üzrə servis mərkəzi tikir. Mərkəzin tikintisini gələn ilin yanvar- fevralında bitirmək planlaşdırılır,- mənbə bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]


49С

Св

Xəbər lenti

Xəbər lenti