Azərbaycan, Bakı, 28 oktyabr/ Trend / Meksika körfəzində qasırğa nəticəsində bəzi əməliyyatların və Xəzərdəki yataqlarda hasilatın pozulmasına baxmayaraq, üçüncü rüb ərzində BP şirkətinin neft və qaz hasilatı cüzi artıb, - şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatında bildirilir.
"Hasilat kəskin şəkildə azalsa da, görünür üçüncü rübdə neftin yüksək qiymətləri bizim mütləq nəticələrimizə kömək edib", - BP-nin icraçı direktoru Toni Xeyvard (Tony Hayward) bildirib.
Onun sözlərinə görə, "bu, emalın təkmilləşdirilməsi və şirkətin xərclərinin səviyyəsinə ciddi nəzarət üzrə operativ tədbirlərin vacibliyini azaltmamalıdır".
"BP özünün istehsalı artırmaq səylərində xeyli irəliləyişə nail olub. Şirkət 2008-ci ilin üçüncü rübündə 8,9 mlrd. dollar gəlir əldə etdiyini bəyan edib", - Xeyvard bildirib.