...

Azərbaycan neftinin qiyməti azalıb

Energetika Materials 28 Oktyabr 2008 20:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr/ Trend , müxbir A.Bədəlova/ Oktyabrın 27 - də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $62,14/barelə təşkil edib. 1997 - ci ildən yüngül neft hasil edən SOCAR şirkətindən (Azərbaycan Dövlət Neft Şirkəti) çərşənbə axşamı verilən məlumata görə, bazar ertəsi neftin qiyməti cümə gününə nisbətən $1,28/barel azalıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.

SOCAR- dan bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtlərilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 27-də $60,67/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $1,09/barel azdır.

Azərbaycan neftin URAL növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı -Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ, spesifikasliyinə görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 27 - də $56,69/barel təşkil edib və bu əvvəlki qiymətdən $1,4/barel azdır.

Oktyabrın 27 - də Şimal dənizindən hasil edilən etalon növlü Brent Dated neftinin 1 barelinin qiyməti $59,32/barelə çatıb ki, bu da əvvəlki qiymətdən $1,54/barel azdır.

Xəbər lenti

Xəbər lenti