Azərbaycan, Bakı, 03 noyabr / Trend , müxbir A.Bədəlova/ 27-31 oktyabr həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $63,46/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $4,11/barr azdır.
27-31 oktyabr həftəsində AZERI LT neftinin maksimal qiyməti $66,82/barr, minimal qiyməti isə $61,78/barr. təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.
27-31 oktyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $58,27/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $3,84/barr azdır.
27-31 oktyabr həftəsində URALS neftinin maksimal qiyməti $61,43/barr, minimal qiymət isə $56,33/barr. təşkil edib.
URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.
27-31 oktyabr həftəsində Brent Dated neftinin orta qiyməti $60,81/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $4,06/barr. çoxdur.
Ötən həftə Brent neftinin maksimal qiyməti $64,27/barr, minimal qiymət isə $58,94/barr. təşkil edib.
Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36% - dir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]