...

ARDNŞ beş il ərzində Gürcüstan əhalisi və İEM üçün sosial tarifləri saxlamağı öhdəsinə götürüb

Energetika Materials 18 Noyabr 2008 20:47 (UTC +04:00)
ARDNŞ beş il ərzində Gürcüstan əhalisi və İEM üçün sosial tarifləri saxlamağı öhdəsinə götürüb

Gürcüstan, Tbilisi, 18 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) beş il ərzində Gürcüstan əhalisi və istilik elektrik mərkəzləri (İEM) üçün sosial tarifi saxlamağı öz öhdəsinə götürüb. Gürcüstanın enerji naziri Aleksandr Hetaqurinin çərşənbə axşamı jurnalistlərə bildirdiyinə görə, bu, əhali üçün 1 min kubmetr qaza görə 170 dollar, İEM üçün 143 dollar təşkil edir.

ARDNŞ, bu sosial tarif çərçivəsində əhalinin bir kubmetrə görə 51 tetri (1 dollar 1,65 lari) tarifi üzrə təmin edilməsi üçün "Kaztransqaz" şirkətinə gələn il 1,05 mlrd. kubmetr qaz tədarük edəcək. Ümumilikdə Gürcüstan 1,8 mlrd. kubmetr qaz istehlak edir. Regionların əhalisi üçün də qaz sosial tarif üzrə tədarük ediləcək.

Ölkə müəssisələri üçün qazın kommersiya satınalmaları da qüvvədə qalır. "Biz beş il ərzində sabit qaz tədarükünə və əhali üçün dəyişməz tariflərə zəmanət almışıq. Əvəzinə ARDNŞ Gürcüstanın beş mənbədən (ARDNŞ, Azəriqaz, "Qazprom"un Ermənistan üçün tranziti, Bakı -Tbilisi - Ərzurum (BTƏ), əlavə kommersiya BTƏ) aldığı qazı idarə etmək hüququnu alıb", - nazir bildirib və vurğulayıb ki, əvvəllər bu mənbələrdən alınan qazı Gürcüstanın Neft və Qaz Korporasiyası idarə edirdi.

Xəbər lenti

Xəbər lenti