...

GE Energy Azərbaycanın istilik - elektrik stansiyasında nəzarət sistemi quraşdıracaq

Energetika Materials 12 Dekabr 2008 19:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr/ Trend , müxbir, E.İsmayılov/ GE Energy şirkəti Çinin CNEEC milli şirkəti ilə Cənubi Qafqazda ən böyük istilik - elektrik stansiyasının - Mingəçevir İES-in sistemlərinə nəzarət və onların müdafiə üzrə 3,7 mln. dollar dəyərində müqavilə imzalayıb. İES "Azərenerji" SC-yə məxsusdur.

Yeni nəzarət sistemi ötürücülər şəbəkəsi, nəzarətçi və dispetçer terminallarından istifadə etmələ, elektrik stansiyasındakı bütün proseslər üzərində avtomatik nəzarəti təmin edəcək.

Sistemə rəqəmsal hidravlik nəzarət və buxar turbinləri üçün qəza sistemi daxildir. Sistemin quraşdırılması 2010-cu ilin ortalarınadək başa çatacaq.

Mingəçevirdəki İES-in yenidən qurulmasına dair "Azərenerji" SC-nin  həyata keçirdiyi tenderin qalibi Çinin CNEEC şirkəti olub. Layihə üzrə yenidənqurma 34 aya başa çatmalıdır. Bundan sonra stansiyanın elektrik enerjisi istehsalı təxminən 2600 MVt təşkil edəcək.

Stansiyanın yenidən qurulmasına Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 92 mln. dollar ayırıb. Dövlət zəmanəti altında verilmiş kredit Azərbaycanın beynəxalq maliyyə institutları qarşısında enerji sektorunda islahatların aparılması üzrə üzərinə götürdüyü öhdəliklərlə bağlıdır.

İES-in yeddi enerji blokunun yenidən qurulması, mazuta qənaət hesabına, gündəlik 300 min dollar mənfəət gətirəcək, - "Azərenerji"nin nümayəndələri deyirlər. Bundan başqa, SC azot, karbon və kükürd qazlarının atmosferə atılmasının azaldılması hesabına, Kioto Protokolunun realizəsi şərtləri çərçivəsində, beş il ərzində 150 mln. avro ala bilər.

2012-ci ilədək AzİES-də karbon qazı tullantıları 8,2 mln. tonadək aza bilər ki, bu da "Azərenerji"yə Kitoto Protokolu çərçivəsində nəzərdə tutulmuş "karbon qazı krediti" almağa imkan verəcək.

80 - ci illərdə tikilmiş İES Azərbaycanda ən iri elektrik stansiyasıdır. Onun, hər birinin gücü 300 MVt olan səkkiz enerji bloku var. Lakin avadanlıq köhnəldiyindən, istehsal gücü azalıb. Bu il "Azərenerji" Rusiyanın "Güc maşınları" şirkəti ilə birlikdə beşinci enerji blokunun yenidən qurulmasını aparıb ki, bu da blokda 330-340 MVt istehsal gücünə nail olmağa imkan verib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: capitа[email protected]

Xəbər lenti

Xəbər lenti