...

Azərbaycanın SOCAR və Rusiyanın "Qazprom" şirkətləri qaz tədarükü üzrə danışıqlar aparıblar

Energetika Materials 17 Dekabr 2008 15:18 (UTC +04:00)
Azərbaycanın SOCAR və Rusiyanın "Qazprom" şirkətləri qaz tədarükü üzrə danışıqlar aparıblar

Azərbaycan, Bakı, 17 dekabr/ Tren , müxbir S.Əliyev/ Çərşənbə günü Moskvada SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev ilə Rusiyanın "Qazprom" şirkətinin idarə heyətinin sədri Aleksey Miller arasında Azərbaycan qazının Rusiya bazarlarına tədarükü üzrə srtateji əməkdaşlıq məsələsi müzakirə olunub. Bu barədə neft sənayesindəki mənbə bildirib. Məlumatın rəsmən təsdiqi mümkün olmayıb.

Mənbə bildirib ki, görüşün yekununda gələn ilin yanvarında bu məsələ ilə bağlı danışıqların davam etdirilməsi barədə qərar qəbul olunub.

Bu gün Azərbaycan SOCAR şirkətinin şəxsi yataqlarından hasil etdiyi qazın (Bu il şirkət təqribən 8 mln. kubmetr qaz hasil edəcək) ixracı məsələsini nəzərdən keçirir.

Xəzərin Azərbaycan sektorunda "Şahdəniz" qaz-kondensat yatağının (SOCAR-ın iştirakı ilə xarici şirkətlər konsorsiumu tərəfindən istismar olunur) işlənməsi üzrə ikinci mərhələsi çərçivəsində, qaz ixracının mümkün istiqamətləri də nəzərdən keçirilir.

Layihənin birinci mərhələsində ən yüksək hasilat ildə 8,6 mlrd. kubmetr qaz təşkil edəcək. İkinci mərhələdə daha çox həcmin hasil edilməsi nəzərdə tutulur. "Şahdəniz" yatağının ümumi qaz ehtiyatları 1,2 trln. kubmetr qiymətləndirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: capital

Xəbər lenti

Xəbər lenti