...

Rusiya və Ukrayna qazın qiymətlərinə dair razılığa gəliblər

Energetika Materials 18 Yanvar 2009 06:34 (UTC +04:00)
Rusiya və Ukrayna qazın qiymətlərinə dair razılığa gəliblər

Rusiya, Moskva, 18 yanvar / Trend müxb. R.Ağayev/ Rusiya və Ukrayna 2009-cu il üçün qazın qiymətlərinə dair razılığa gəliblər. Bu barədə ukraynalı həmkarı Yuliya Timoşenko ilə görüşdən sonra Rusiyanın baş naziri Vladimir Putin bəyan edib.

"Biz Avropa formulu ilə qazın qiymətinin formalaşmasına dair razılıq əldə etdik, - Putin bildirib. - Bununla yanaşı 2009-cu ildə ukraynalı partnyorlara 20 faiz güzəşt olunacaq. Əvəzində Rusiya qazının Ukrayna ərazisindən tranzit qiymətləri də köhnə qaydada, yəni 2008-ci il səviyyəsində qalacaq".

Rusiyanın baş naziri qeyd edib ki, artıq 2010-cu il yanvarın birindən başlayaraq qazın və tranzit qiymətləri Avropa standartlarına uyğun olaraq müəyyənləşəcək.

Ukraynanın baş naziri Yuliya Timoşenkonun sözlərinə görə, dahışıqlar çox mürəkkəb olub, lakin ümumi razılıq əldə olunub və bütün müqavilə sənədləri artıq imzalana bilər: "Biz müvafiq strukturlara göstərişlər verdik və sənədlər imzalanmaq üçün bazar ertəsi hazır olacaq, bu isə Rusiya qazının tranzitini bərpa etməyə imkan verəcək".

Xəbər lenti

Xəbər lenti