...

AŞ "Nabukko"ya maliyyə dəstəyi verməlidir - MOLun icraçı direktoru

Energetika Materials 20 Yanvar 2009 02:41 (UTC +04:00)
AŞ "Nabukko"ya maliyyə dəstəyi verməlidir - MOLun icraçı direktoru

Layihənin vaxtında reallaşması üçün AŞ "Nabukko"ya maliyyə dəstəyi verməlidir. Bunu  MOL Macarıstan neft-qaz şirkətinin icraçı direktoru Jolt Xernadi bəyan edib.

Bazar ertəsi parlament komitəsində baş tutan dinləmələrdən sonra Xernadi deyib: "Əminəm ki, AŞ "Nabukko" layihəsinin həyata keçirilməsində əsas təminatçı qismində çıxış etməlidir".

İcraçı direktorun sözlərinə görə, "təminat olduğu halda bu layihəyə əlavə investisiyalar cəlb etmək mümkündür".

"Nabukko" konsorsiumuna daxil olan şirkətə rəhbərlik edən Xernadi deyib ki, "lakin layihə istənilən risklərdən azad olmalıdır".

O qeyd edib ki, AŞ layihənin maaliyyələşməsi məsələsinə dair hələ fikrini formalaşdırmayıb və gələn həftə Macarıstanda keçiriləcək konfransda problemin həllini tapacağına ümidvarlığını bildirib. Tədbirdə Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozo və bir neçə AŞ ölkələrinin baş nazirləri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti