Azərbaycan, Bakı, 17 fevral / Trend / SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti) Gürcüstanın Supsa limanından satdığı Azeri Light markalı şəxsi neft partiyasını Yeni Zelandiyanın Sumato Energy Group Limited şirkəti əldə edib. Bu barədə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatında bildirilir.
600 min barel həcmində neft partiyası martın 13-14-də göndəriləcək.