...

Qazaxıstanın "KazMunayQaz" Kəşfiyyat Çıxarma SC etimal olunan və isbat edilən neft ehtiyatlarını artırıb

Energetika Materials 24 Fevral 2009 15:45 (UTC +04:00)

Qazaxstan, Bakı, 24 fevral / Trend , xüsusi müxbiri K.Konırova / KİV-lə əlaqə departamentinin direktoru Mixail Dorofyevin Trend -a bildirdiyinə görə, "KazMunayQaz" Kəşfiyyat Çıxarma SC (KMQ KÇ) etimal olunan və isbat edilən neft ehtiyatlarını artırıb.

"Cline & Associates" (GCA) müstəqil şirkətinin hesabatına görə, KMQ KÇ-nin şirkətlərdə olan payını çıxmaq şərti ilə, "isbat olunanlar üstəgəl ehtimal olunanlar" (2P) kateqoriyası üzrə ümumi neft ehtiyatları 241,180 milyon ton (1 milyard 775 milyon barel) təşkil edib, - Dorofyev deyib.

Onun verdiyi məlumata görə, 2008-ci ildə əldə olunan nefti nəzərə alsaq, sözügedən kateqoriyanın ehtiyatları 10,7 million ton artıb (78 barel).

"İsbat olunmuşlar" (1P) kateqoriyası üzrə ehtiyatlar 95,544 milyon ton (702,9 milyon barel), "isbat olunmuşlar üstəgəl etimal edilənlər üstəgəl mümkün olanlar" (3P) kateqooriyası üzrə isə 281, 583 milyon ton (2 milyard 071,1 milyon barel) təşkil edib.  

KMQ KÇ Qazaxıstanda neft çıxarmada ikinci yerdədir. 2007-ci ildə çıxarılan neftin həcmi 9 milyon 530 min ton, ixrac olunan neftin həcmi isə 7 milyon 354 min ton təşkil etmişdir.

2007-ci ildə KMQ KÇ "Kazqermunay" BM-də və CCEL holdinq şirkətində 50% paya nəzarəti ələ alıb. 2008-ci ildə isə Standard & Poor's (S&P) beynəlxalq reytinq agentliyi KMQ KÇ-nin korporativ idarəetməsinin reytinqini KİA5-dən  KİA6-ya qaldırıb.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti