Azərbaycan, Bakı, 07 mart / Trend , müxbir E.İsmayılov /
Hazırda Azərbaycanda sutkalıq orta qaz hasilatı təxminən 56,5 milyon kub metrdir", - şənbə günü SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev deyib.
"Ümumi qaz hasilatının 23 milyon kub metri "Şahdəniz" yatağının payına, 14 milyon kub metri - "Azəri - Çıraq - Günəşli" yatağındakı səmt qazı və 19,5 milyon kub metri isə SOCAR yataqlarının payına düşür", - Abdullayev bildirib.
"Ölkədə hasil edilən qazın ümumi həcmindən Azərbaycan hər gün respublikanın daxili ehtiyaclarını ödəmək üçün 37 milyon kub metr qaz alır", - SOCAR-ın prezidenti qeyd edib.
Bununla yanaşı, qaz anbarlarında 2008-2009-cu ilin payız-qış dövründə istifadə olunmamış qaz ehtiyatı da qalmaqdadır. Ümumilikdə qaz anbarlarında təxminən 300 milyon kub metr həcmdə qaz var.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]