...

Türkmənistan və Almaniya neft-qaz əməkdaşlığı üzrə uzunmüddətli müqavilə imzalayıb

Energetika Materials 16 Aprel 2009 18:34 (UTC +04:00)
Türkmənistan və Almaniya neft-qaz əməkdaşlığı üzrə uzunmüddətli müqavilə imzalayıb

Türkmənistan, Aşqabad, 16 aprel / Trend , müxbir H.Həsənov /

"Almaniyanın RWE AG şirkəti bu gün Türkmənistan rəhbərliyi ilə yanacaq-energetika kompleksi (YEK) sahəsində əməkdaşlıq üzrə uzunmüddətli müqavilə imzalayıb", - danışıqlara yaxın olan rəsmi tükrmən mənbəsi məlumat verir.

Onun sözlərinə görə, sənədi RWE prezidenti Yurgen Qrossman və Türkmənistan Prezidenti yanında Karbohidrogen Resurslarının Mənimsənilməsi üzrə Dövlət Agentliyinin rəhbəri Yaxşıgeldi Kakayev imzalayıblar. Türkmənistanın bu dövlət qurumu xarici şirkətlərlə müqavilələrin bağlanılmasında məsuliyyət daşıyır.

Sənəd çərçivəsində RWE qazpaylama infrastrukturunun yenidınqurma və yenilənməsində iştirak etməyi, Xəzərin türkmən hissəsinin geoloji kəşfiyyatı üzrə işlərin və Türkmənistandan qazın dünya bazarları, həmçinin Avropaya nəqli üzrə ixrac layihələrinin monitorinqinin aparılmasını planlaşdırır. Bir müddət əvvəl məlumat verilirdi ki, şirkət elektrik enerjisi və tikinti materialları sahəsində əməkdaşlıqda maraqlıdır.

1898-cü ildə yaranmış RWE AG konserni elektrik enerjisi hasilatı və qaz satışı üzrə dünya liderlərindən, enerji təminatı üzrə beş ən böyük Avropa strukturundan biridir. Bununla yanaşı, şirkət "Nabucco" qaz kəməri layihəsi konsorsiumuna da daxildir. Bu layihə Xəzər regionundan təbii qazın Avropaya Xəzər, Qafqaz və Türkiyə vasitəsilə nəqlinə hesanblanıb.

2009-cu ilin yanvarındakı səfərində Qrossman Aşqabadın BMT-nin "enerji daşıyıcılarının etibarlı, sabit tranziti, onun beynəlxalq əməkdaşlığın və davamlı inkişafın təminatındakı rolu" xüsusi qətnaməsində öz əksini tapmış boru kəməri infrastrukturunun təhlükəsizliyinin təminatı haqqında irəli sürdüyü təşəbbüsün əhəmiyyətini vurğulayıb.

Ölkı başçısı Berdimuhammedov həmin zaman Türkmənistanın alman şirkətləri ilə çoxplanlı birgə işə hazırlığını vurğulayıb və onların təcrübəsinin yaxın zamanlarda yeni, daha genişmiqyaslı layihələrdə tətbiq olunacağına inamını bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti