...

Bakı-Novorossiysk boru kəməri ilə neft nəqli bəpra edilib

Energetika Materials 18 May 2009 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may / Trend , müxbir E.İsmayılov /

"Rusiya ərazisində planlaşdırılmış profilaktik işlər səbəbindən dayandırılan Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri ilə nəqli prosesi yenidən bərpa edilib", - bazar ertəsi, neft-qaz bazarındakı mənbə deyib.

"Neft nəqli dünən günorta saatlarında bərpa edilib", - mənbə bildirib.

Bu istiqamətdə neft nəqli profilaktik işlər səbəbindən müvəqqəti olaraq dayandırılmışdı. Belə dayanmalar plan üzrə işlərin həyata keçirilməsi üçün mütəmadi şəkildə baş verir. Mənbənin məlumatına görə, neftin nəqli mayın 14-də Bakı vaxtı ilə saat 13:00-da dayandırılmışdı.

Cari ilin yanvar-aprel ayları ərzində neft kəməri ilə 890 min neft nəql olunub. Ötən ilin analoji dövründə bu rəqəm təxminən 408 min ton olub. Mayda kəmərlə 225 min ton, iyunda - 171 min ton, iyulda - 248 min ton, avqustda - 240 min ton, sentyabrda - 140 min ton, oktyabrda - 248 min ton, noyabrda - 240 min ton, dekabrda isə 140 min ton neft nəql edilməsi proqnozlaşdırılır.

Ümumilikdə, bu il Bakı-Novorossiysk kəməri ilə 2,55 milyon ton neft nəql edilməsi planlaşdırılır. Ötən il bu rəqəm 1,3 milyon ton olub.

2007-ci ilin sonuna qədər Bakı-Novorossiysk kəmərinin operatoru ABƏŞ idi. Hazırda bu funksiyanı SOCAR yerinə yetirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti