...

Azərbaycan qazı "Nabukko" üçün kifayət qədərdir - SOCAR-ın vitse-prezidenti

Energetika Materials 2 İyun 2009 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir E.İsmayılova /

"2015-ci ildə "Abşeron", "Babək" və "Ümid" perspektiv dəniz strukturlarının istismara verilməsi ilə "Nabukko" kəməri üçün qaz kifayət qədər olacaq. Bu barədə çərşənbə axşamı SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.  

"Bu strukturların istismara verilməsindən sonra Azərbaycanın qaz ehtiyatları dörd trilyon kubmetrə bərabər olacaq və beləliklə də "Nabukko" üçün qaz kifayət edəcək", - deyə Yusifzadə bildirib.

Yusifzadənin qeyd etdiyinə görə, texniki nöqteyi nəzərdən "Nabukko" qaz kəməri layihəsi vaxt tələb edir.

"Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları iki trilyon kubmetrdir, lakin perspektiv strukturlar nəzərə alınarsa Azərbaycandakı qaz ehtiyatı təxminən 5 trilyon kubmetr təşkil edir", - deyə Yusifzadə bildirib.  

Yusifzadənin bildirdiyi kimi, təsdiqlənmiş neft ehtiyatları proqnozla birlikdə dörd milyard tona yaxındır.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Layihənin ümumi dəyərinin təxminən 30 faizi layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International-ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə kreditorların hesabına maliyyələşdiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti