...

Yanvar-aprel aylarında Gürcüstan "Şah Dəniz" yatağından 160 milyon kubmetr qaz əldə edib

Energetika Materials 8 İyun 2009 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyun / Trend , müxbir E.İsmayilova /

Yanvar-aprel aylarında Gürcüstan bazarında "Şah Dəniz" yatağında hasil edilən Azərbaycanın qazının 166, 8 milyon kubmetrdən artıq hissəi satılıb. Bu barədə bazar ertəsi SOCAR Energy Georgia (SOCAR şirkətinin filial müəssisəsi) şirkətinin başçısı Mahir Məmmədov bildirib.

Azərbaycanın "Şah Dəniz" dəniz yatağı SOCAR şirkəti və xarici şirkətlər tərəfindən işlədilir.

"Gürcüstana beş ay ərzində SOCAR şirkəti tərəfindən 132,7 milyon kubmetr qaz satılıb", - deyə Məmmədov bildirib.

Yanvarda Gürcüstanın daxili bazarında SOCAR şirkəti tərəfindən 38,2 milyon kubmetr, fevralda - 35,7 milyon kubmetr, martda - 26,2 milyon kubmetr , apreldə - 33,9 milyon kubmetr  Azərbaycan qazı satılıb.

"Gürcüstan həmçinin Rusiya qazının Ermənistana nəqli çərçivəsində də qaz əldə edir. Belə ki, yanvar-aprel ayları ərzində Rusiyanın tranzit qazının 51 milyon kubmetri Gürcüstan bazarına  daxil olub", - deyə Məmmədov bildirib.

"Şah Dəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzlanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) -25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, SOCAR - 10 faiz.

Yataqda qaz hasilatına 2006-cı ilin dekabrında başlanıb. "Şah  Dəniz" yatağında orta sutkalıq hasilat 20-22 mln. kubmetr təşkil edir. Yatağın işlənməsi üzrə birinci mərhələ çərçivəsində bu il 9 mlrd. kubmetr qazın hasil edilməsi nəzərdə tutulub.

SOCAR Energy Georgia Gürcüstanın neft və neft məhsulları bazarında distrubusiya və marketinqlə məşğul olur. Şirkət Gürcüstan bazarında neft məhsulları və qaz satşı ilə məşğuldur. SOCAR Georgia-nın həmtəsisçiləri bunlardır: SOCAR - 51 faiz, Petro-Trans FZCO - 32,7 faiz və İvan Çxartişvili - 16,3 faiz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti